Пятница
июл 20

Vasif Məhərrəmli: O menyuya daxildir; salatlar, xiyar, pomidor, aş və Fatimə

Vasif Məhərrəmli: O menyuya daxildir; salatlar, xiyar, pomidor, aş və Fatimə


Əməkdar artisti Vasif Məhərrəmli rəqqasə Fatimə Fətəliyevaya xitabən ifadəsini işlədib.

MAY.AZ ATV.az-a istinadən xəbər verir ki, ifaçı rəqqasəyə ünvanladığı ifadəyə belə aydınlıq gətirib:

“Bu sözlərlə mən Fatiməni təhqir etmək niyyətində deyildim! Mən tam başqa şeyi vurğulayırdım. Fatimə toyda aş verir, mən müğınnilik edirəm - burada nə var ki - hərə öz işini görür. Sadəcə mən başa salmaq istəyirdim ki, onu toyda təqdim etmədiyimə görə məndən inciməyə dəyməz. Axı o həmin şadlıq sarayında hər axşam bəylə gəlinə aş gətirir! Yəni həmin şadlıq sarayına xüsusi müğənni, ya da xüsusu çağırılmış rəqqasə kimi gəlməmişdi. O da qarsonlar kimi, orada hər gün çalışan müğənnilər, eləcə də aparıcılar kimi hər axşam o məkanda çalışır və oranın menyusuna daxildir - salatlar, xiyar, pomidor, aş və Fatimə. Və mən onu təqdim edə də bilərdim, etməyə də bilərdim. Təqdim etməsəm belə, mənə toyun yiyəsi gəlib deməyəcəydi ki, onu niyə təqdim etmədin”.

Qadınla heç zaman konflikdə girmək istəmədiyini, qadınların konfliktərindən isə, ümumiyyətlə, hər zaman uzaq olmağa çalışdığını deyən müğənni vurğuladı ki, bununla bu məsələ barədə suallara son qoymaq niyyətindədir: “Mən sözümü dedim və indi bunu kim necə yozmaq istəyir - bu onun öz problemidir. Mənim heç kəsi təhqir etmək fikrim olmayıb”

Комментарии (0)

Оставить комментарий