^
U

"Səni rüsvay etməsəm, mənə Xatun deməsinlər" - Məşhurlar arasında SİLİKON DAVASI


Uzun müddətdir davam edən müğənni Xatun ilə rəqqasə Fatimə arasında dava daha qızışıb.

MAY.AZ xəbər verir ki, müğənni Xatun Əliyevanın sosial şəbəkədəki paylaşımı yenidən aləmi qatıb. İfaçı dodaqları silikonlu bir xarici tanınmışın fotosunu paylaşıb. O fotoya qalmaqallı şərh də əlavə edib. Belə ki, sözləri kimə ünvanladığını gizli saxlasa da, bunları qeyd edib:

"Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram".

Xatun ad çəkməsə də izləyicilər bu sözləri küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın ünvanına yazdığını vurğulayıblar. Onlar "Daha yazaydın Fatiməyə də" kimi şərhlər qeyd ediblər. Xatun isə onlara "Fatmagülün suçu nə" şərhi ilə cavab verib və gülüş işarəsi qoyub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 714 Tarix: 13-07-2018, 09:09
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az