Четверг
июл 05

"Tolik prodüser deyil" - Nüşabə Ələsgərli

"Tolik prodüser deyil" - Nüşabə Ələsgərli


"Tolik prodüser yox, təşkilatçıdır. Məsələn, Tolikə zəng vurub deyirlər ki, filan konserti təşkil et. O da müğənniləri yığır, konserti təşkil edir və axırda qonorarları paylayır".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli deyib. "Space" telekanalında yayımlanan "Onda başladıq" verilişinə qonaq olan müğənni prodüser Tarix Əliyevdən (Tolik) bəhs edib. O bildirib ki, Tolik prodüser yox, təşkilatçıdır:

"Tolik mənimlə, Aygün Kazımovayla, Röya Ayxanla da işləyib. Onun o boyda pulu var ki, Aygünü maliyələşdirsin? İşə pul yatıran və icraçı başqadır. O, çox fədakar insandır. Məsələn, Röyanın konsertində öz avtomobilini girov qoyub, pul götürmüşdü".

Комментарии (0)

Оставить комментарий