Könüldən ŞOK SÖZLƏR: "Ər işə yaramırsa, icazə versin arvadı...


Könüldən ŞOK SÖZLƏR: "Ər işə yaramırsa, icazə versin arvadı...


Aparıcı-aktrisa Könül Yusif qızı son zamanlar artan süni mayalanma (donor) yolu ilə hamiləliklərlə bağlı danışıb.

MAY.AZ-in məlumatına görə, Milli.Az-a açıqlama verən Könül dünyada sürətlə yayılan sonsuzluq problemindən ailələrin üz tutduğu bu üsulu normal qarşıladığını deyib.

Aktrisa süni mayalanma yolu ilə hamiləliyin əsas fəsadının doğulacaq uşaq üçün travma olduğuna da diqqət çəkib:

"Süni mayalanma 2 cür olur. Biri ərin özünün donor olmağıdır ki, bu normaldır. İllərlə arzusunda olan ailə övlad sahibi olur, özü də öz ərindən.

Bir də var ər yoxdur və ya ər işə yaramır, gedib ürəkləri istəyən parametrləri seçirlər. Heç bilmədikləri görmədikləri və heç vaxt da tanımadıqları adamın donor olduğu spermadan mayalanıb doğurlar. Bax bunu anlamıram. O uşaq böyüyəndə atasını soruşanda nə deyəcək?

Əgər ər işə yaramırsa və kiminsə donor olduğu "zaddan" uşağa razıdırsa, ta icazə versin qadın gedib, normal biri ilə yatsın, doğsun da. Heç olmasa bir insanın istisindən yaransın da, illərlə buzxanada donmuş donordan yox".

Qeyd edək ki, əcnəbilərlə yanaşı yerli şou nümayəndələri də süni mayalanma ilə övlad dünyaya gətirməyə maraq göstərir. Onlardan rəqqasə Oksana Rəsulovanı göstərmək olar ki, artıq hamilə olduğu barədə də mətbuatda xəbərlər dolaşır. Digər məşhur xanım isə 51 yaşlı əməkdar artist Mehriban Xanlarovadır. Aktrisa hamilə qalmaq niyyətini açıqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Şou-biznes Oxunub: 279 Tarix: 4-07-2018, 21:19

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz