Понедельник
апр 16

Anar Nağılbaz: “Mənim üzərimdə şou yaratdılar...”

Anar Nağılbaz: “Mənim üzərimdə şou yaratdılar...”


Son zamanlar qalmaqallı videoları ilə gündəmi zəbt edən reper Anar Nağılbaz yenədiqqətləri öz üzərinə çəkməyi bacarıb.

BAKU.WS-in məlumatına görə, musiqiçi Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinə sərxoş vəziyyətdə gəlib.

Verilişin digər qonaqları jurnalist Sədaqət Kamal və Anar Vəziroğlu musiqiçini tənqid atəşinə tutublar.

Anar Nağılbaz saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: “Səhhətimlə əlaqədar spirtli içki qəbul etmirəm. O gun sadəcə dostumun ad gunu idi, sağlığına 50 qram konyak içmişdim. Sağlamlığım zəif olduğundan az miqdarda içki öz sözünü deyə bilmişdi. Verilişdəkilər mənim bu vəziyyətimdən istifadə edib şou yaratdılar”.

Zülfiyyə Qurbanova
BAKU.WS

Комментарии (0)

Оставить комментарий