Воскресенье
фев 04

Nadir Qafarzadədən ŞOK: "Gənc müğənniləri icra başçılarına baha qiymətə satırlar"

Nadir Qafarzadədən ŞOK: "Gənc müğənniləri icra başçılarına baha qiymətə satırlar"


“Deyəsən mənim ağzımın açılması zamanı gəlib. Qələt edin oturun yerinizdə. Hacılara, Rusiyada yaşayan pullu kişilərə, bəzi dırnaqarası məmurlara qız çıxarmamışam. Yəni “Papa Karlo”luq etməmişəm. Belə, getsə susmayacam”.

BAKU.WS-in məlumatına görə, bu sözləri Nadir Qafarzadə İnstagram səhifəsində prodüser Tarix Əliyevin (Tolik) ünvanına yazıb.

Belə ki, Tarix Əliyevin Xəzər TV-də canlı yayımda xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması Nadir Qafarzadənin etirazına səbəb olub.
Nadir Qafarzadə artıq acı həqiqətlərin üstünü açıb söyləməyin vaxtının gəlib çatdığını qeyd edib.

“Qadın müğənniləri satışa çıxaranlar, susun! Beynəlxalq “Papa Karlolar”. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələndə adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhətdir. Mən dəliyəm. Məndə “tormoz” yoxdur. İlhamə xanımı sizin şantajlarınız öldürdü. Evlər yıxanlar, utanın hərəkətlərinizdən. Maskalanıb xalqın gözündə özünüzü yaxşı xeyirxah adam kimi qələmə verməyin. Camaat hər şeyi görür və bilir. Mən axı arxivəm, unutmayın. Zibillərinizi açıb tökərəm. SUSUN. Cavanşir müəllim düz deyirdi: “ShowBiznes-də mama rozalar, papa qərənfillər var və onlar çoxluq təşkil edirlər. Haram pul qazanıb günaha batırlar”.

Hələ ad çəkmirəm, amma bir az da mənə qarşı çaşsanız, o hacıların və başqalarının adını da qeyd edəcəm. İnsan alveri ilə məşğul olanlar, murdar insanlarsınız. Qazandığınız pul burnunuzdan gələcək. Allah haqqı nahaqqa qoymaz. rayon toylarına qadın müğənniləri oxumaq adı ilə aparıb pula satanlar. Hətta satdıqlarının içində aparıcılar da var. Cavan müğənni qızların üzlərini baha qiymətə açdıranlar, lazım olsa adlarını yazaram.
Bəzi rayon icra rəhbərlərinə qız çıxarmaqla bağ evinə, avtomobilə sahib çıxırsınız. Vaxt gələcək cavab verəcəksiniz. Çox güvənirsiniz hacılara, hacıleyləklərə, bəzi məmurlara. Siz elə bilirsiniz ki, onlar sizi xilas edəcəklər. Əksinə özlərinin zibili açılanda sizi qoyub qaçacaqlar”, - deyə Nadir Qafarzadə bildirib.

Tarix Əliyev də İnstaqramda status paylaşaraq Nazpəri Dostəliyevaya tac taxmağından narahat olanlara mesaj verib:

“Deyirəm ki, tac taxmağım bəzilərinə yer eləyib. Mən verilişimə çağırılan qonağa istədiyim hədiyyəni verə bilərəm. Nazpəri Dostəliyevanın sənətinə nə olub ki? Bəziləri niyə yanıb tökülür? Əcəb eləmişəm, əlimin içindən gəlir, yaltaqlar!”

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий