^
U

BAKU.WS-dən Anar Nağılbazın məhkəmə iddiasına CAVAB (VİDEO)


Azərbaycanlı məşhur reper Anar Nağılbaz klip təqdimatı zamanı BAKU.WS-i məhkəməyə verəcəyini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, jurnalist mətbuat konfransında reperə "Demisiz ki, Elşad Xoseyə və Dəryaya görə adımız narkoman çıxıb. Ola bilər ki, bu açıqlamaya görə, porno videonuz yayılsın?" sualını ünvanlayıb.

Reper isə bu suala cavabında bildirib ki, bu xəbəri yayanlar düz yaymayıblar. Anar Nağıbaz iddia edir ki, onun sözləri başqa formada təqdim edilib:

"Belə getsə BAKU.WS saytını da məhkəməyə verəcəm. Çünki, mənim bir sözümü götürüb başqa formada verirlər. Mən demişdim ki, bizdə repdə çıxıb deyənlər olub ki, narkomanam. Ancaq mən bu sözü deməmişəm. Mən şəxsən öz payıma dedim ki, bu sözü deməmişəm. Bir iki nəfərə görə hansısa sənət adamını narkoman çıxarmaq düzgün deyil. Bunu yapışdırıblar bizim alnımıza".

BAKU.WS Anar Nağılbazın müsahibəsində səsləndirdiyi fikirləri olduğu kimi təqdim edir:

"İstifadəçisi (narkotik) olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, hər istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis fikir yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 971 Tarix: 29-11-2017, 18:58
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az