Понедельник
мар 13

"Eşşək arabası ilə gəzməyəcəm ki…" - "Porsche" sürən xalq artisti

"Eşşək arabası ilə gəzməyəcəm ki…" - "Porsche" sürən xalq artisti


Xalq artisti Nəzakət Teymurova 100 minlik avtomobilindən danışıb.

BAKU.WS bildirir ki, xalq artisti aznews.az-a açıqlamasında "Porsche Cayenne" 90 NT 232 dövlət nişanlı avtomobilini 5 il bundan əvvəl aldığını qeyd edib.

"Nə sənətim, nə də özüm bu xırdalıqla uyğunlaşmırıq. Mən adımın belə məsələlərdə hallandırılmasının tərəfdarı deyiləm. 20 ildir maşın sürürəm. Maşının qiyməti də 100 min deyil, o qiymətə alınmayıb. Şişirdilmiş qiymətdir. Burada qeyri-adi heç nə yoxdur. Dünən səhnəyə gələn uşaq da bu maşından sürür".

Nəzakət Teymurovanın sözlərinə görə, onun sənəti 100 minlik avtomobildən daha dəyərlidir: "Burada qeyri adi nə var?! Bir də eşşək arabası ilə gəzməyəcəm ki... İlhamə Quliyeva demişkən, deyəsən, çaşırlar".

Комментарии (0)

Оставить комментарий