Четверг
фев 02

Xalq artisti: "Böyük bir dostluq var aramızda.."

Xalq artisti: "Böyük bir dostluq var aramızda.."


Xalq artisti Təranə Muradova “Ömrün fəsilləri” verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, rəqqasə verilişdə maraqlı açıqlamalar verib.

Xalq artisti həyat yoldaşı ilə tanışlığından söz açıb:

“Filarmoniyaya gəldiyim ilk illər idi. Yoldaşım da ora ilə üzbəüz yaşayırdı. Məni məşqə gələndə gördü, yaxınlaşıb tanış olmaq istədi. Mən də belə tərbiyə görməmişəm ki, küçədə tanış olum. Onunla kobud danışdım. Filarmoniyaya girəndən sonra tez-tez bu insanla rastlaşırdım.

Sonradan öyrəndim ki, tanınmış rəqqasə Roza Cəlilova onun bacısıdır. O, Filarmoniyanın qapısına gəlib bacısına dedi ki, orada bir qız xoşuma gəlib. İndiyə qədər böyük bir məhəbbət, böyük bir dostluq var aramızda... O, insan mənim üçün hər şeydir”.

Комментарии (0)

Оставить комментарий