Воскресенье
дек 18

Vidadi Bərdəlinin 150 minlik “Galenwagen” sürən qızı ana olandan sonra belə oldu (FOTO)

Vidadi Bərdəlinin 150 minlik “Galenwagen” sürən qızı ana olandan sonra belə oldu (FOTO)

Müğənni Aytac Vidadiqızının ana olması haqda xəbər vermişdik.

BAKU.WS xatırladır ki, ifaçının dekabrın 9-da qızı dünyaya gəlib. O, bu haqda "İnstagram” bloqunda yazmışdı.

Müğənni ana olandan sonra yeni fotolarını "İnstagram” bloqunda paylaşıb. Şəkillərdən birinə isə "Mən bu həyatda ən çox ana olmağı sevdim. Nə müqəddəsdir analar, analıq” – qeydini yazıb. A.Vidadiqızı övladına Beste adını verib.

Xatırladaq ki, Aytac mərhum sənətçi Vidadi Bərdəlinin qızıdır. Vidadi Bərdəli tanınmış muğam ustadıdır, 2014-cü ilin noyabrında dünyasını dəyişib.

A.Vidadiqızı 2016-cı ilin əvvəlində Can Bekir adlı Türkiyə vətəndaşı ilə ailə qurub.
Onu da əlavə edək ki, Aytac bir zamanlar gündəmə həm də 150 minlik "Galenwagen” sürməyi, həmçinin 5 min manatlıq ceyran almağı ilə də gəlib.
O, hətta açıqlamalarından birində "Ümumiyyətlə mən, ürəyim istəyəni mütləq əldə edirəm. Özümə xarici ölkədən sifarişlə ceyran gətirtmişəm. Əlimə bir az pul gəlsin, özümə timsah da alacağam”, - demişdi.

Aysel.Ş
Vidadi Bərdəlinin 150 minlik “Galenwagen” sürən qızı ana olandan sonra belə oldu (FOTO)

Комментарии (0)

Оставить комментарий