Четверг
окт 20

Anna Azerli soyunaraq Putinə eşq elan etdi (VİDEO)

Anna Azerli soyunaraq Putinə eşq elan etdi (VİDEO)


İtaliyadan olan opera müğənnisi Anna Azerli Qırmızı meydanda çılpaq soyunaraq, Putinə eşq elan edib.

May.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı müğənninin əynində yalnız krujevalı alt paltarı olub. O, Rusiya prezidentinə onunla evlənməyi təklif edib.

Onun sözlərinə görə Vladimir Putini ilk dəfə 7 il əvvəl Drezdendə, konsertdə görüb. O vaxtdan Putinə qarşı sevgi hisləri keçirir və birinci xanım olmağı arzulayır.

"O, çox güclüdür və hökmlüdür. Həm də çox gözəl, sağlam bədənli və intellektualdır. Putin bütün kişilərdə olmayan bir çox müsbət xüsusiyyətlərə malikdir. Mən sizin prezidentinizlə 2009-cu ildə tanış olmuşam. Onun qarşısında konsert proqramı ilə çıxış etmişəm. Bundan sonra o, məni Rusiyaya dəvət edib. Həmin vaxt mən Rusiyaya gəlmədim. İndi azadam və onun arvadı olmağa hazıram” – deyə, Azeri rusiyalıları kumirinin qədrini bilməyə səsləyib.

Əlavə edib ki, dünyanın bir çox ölkələrində insanlar arzu edirlər ki, Putin oların prezidenti olsun.

Aysel.Ş

Комментарии (0)

Оставить комментарий