Понедельник
окт 03

Kamil Zeynallı Samiraldonu əvvəlcə söydü, sonra üstünə...

Kamil Zeynallı Samiraldonu əvvəlcə söydü, sonra üstünə...


İdmançı Kamil Zeynallı ilə stilist Samiraldo (Samir Əliyev) arasında insident yaşanıb.

May.Az xəbər verir ki, ötən gün paytaxtda restoran açılışında məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib.
Mikrofonu götürən K.Zeynallı stilistin ünvanına nalayiq sözlər, ağır söyüşlər işlədib. Ürəyi soyumayan idmançı stolun üstündə əlinə keçən meyvələri Samiraldonun üzərinə tullayıb.

K.Zeynallı bildirib ki, onun olduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərinin isə orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri yağdıram idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Samiraldo isə hələ də hadisənin şokunda olduğunu deyib. Olayla bağlı tezliklə açıqlama verəcəyini bildirib.

Xatırlayırsınızsa, bir neçə ay öncə K.Zeynall "İnstagram” bloqunda qalmaqallı paylaşım etmişdi.

Məşqçi onun stilist Samiraldo ilə birgə fotosunu səhifələrdə paylaşan şəxslərə sərt bir şəkildə müraciət etmişdi.

"Əgər bu şəkli hansısa yerdə görsəm, həmin səhifənin admini məndən inciməsin. Onun nəslini, var-yoxunu cərgəyə düzəcəyəm. hansısa səhifə qoyubsa, mənə direktə atın, xahiş edirəm. Çox səhifədən sildirmişəm. Şəkildə başqa adam olsa, yəni normal insan, adamı yandırmaz, gör məni kiminlə yan-yana düzəldiblər”, -deyə K.Zeynallı yazmışdı.

Комментарии (0)

Оставить комментарий