Вторник
мар 31

"O, heç kimə oxşamır, fərqlidir" Çingiz Hiss haqqında danışdı

"O, heç kimə oxşamır, fərqlidir" Çingiz Hiss haqqında danışdı


Müğənni Cingiz Mustafayev Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" proqramının qonağı olub.

MAY.AZ xəbər verir ki, müsahibə janrında davam edən proqramda aparıcı gənc müğənni Hissin mahnısını Çingizə dinlədib. Daha sonra onun münasibətini soruşub. Çingiz Hissi çox bəyəndiyini və onun istedadlı gənc olduğunu deyib:

"Hiss yeganə gənclərdəndir ki, ona həqiqətən də dəstək olmaq lazımdır. O sanki göydən qızıl zənbillə düşüb. Belə də demək olar. Ona dəstək olmaq lazımdır. Bu sənətə başlayanda hamı tək olur. İndi ona da buna görə dəstək lazımdır. Düzdür, kifayət qədər izləyicisi də var. Qısa müddət ərzində böyük uğur əldə edib. Belə davam etsə, Azərbaycanda təkrarı olmayan bir ifaçı olacaq. O, heç kimə oxşamır. Fərqlidir. Siz onunla ünsiyyətdə olsanız bunu anlayarsınız".

Lamiyə Məmmədova

Комментарии (0)

Оставить комментарий