^
U

"70 yaşım oldu, arvadımla öpüşdük" - Xalq artisti


Məlum olduğu kimi, xalq artisti Səməd Səmədovun sentyabrın 17-də 70 yaşı tamam oldu. Lakin sənətçinin yubileyi ilə bağlı heç bir tədbir keçirilmədi.

Bəs xalq artisti doğum gününün təntənəli şəkildə keçirilməməsindən narazıdırmı?

Bununla bağlı danışan Səməd Səmədov bu məsələlərə pozitiv yanaşdığını deyib: "Dövlət mənim səhnədə fəal fəaliyyət göstərdiyimi görür. Elə bilirlər cavan oğlanam. Hamıya təəccüblü gəlir ki, doğrudan Səmədin 70 yaşı var? Çoxu bilmir bunu. Hara gedirəm o saat camaatı qaldırıb pozitiv ab-hava yaradıram. İnanmırlar ki, mənim 70 yaşım var. Ona görə də mənim bir narazılığım yoxdur”.

70 illik yubileyini dostları ilə bir arada qeyd edən sənətkar gecənin sürprizlərindən də danışıb: "Yubileyimdə həyat yoldaşımla öpüşdük. Gələn il evliliyimizin 40 ili tamam olacaq. 50 illiyimizi, yəni "Qızıl toy”umuzu təmtəraqlı şəkildə qeyd edəcəyəm”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 1 020 Tarix: 29-09-2016, 02:07
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az