Понедельник
янв 06

"Müğənnilikdən pul qazanmıram" - Natavan Həbibi

"Müğənnilikdən pul qazanmıram" - Natavan Həbibi


“Toy tutmaq üçün oxumuram, amma hərdən istəyirəm ki, edim. Çünki nə qədər tədbirlər, reklamlar olsa da, baxırsan ki, qoyduğun vəsaitin, işin qarşılığında daha çox pul qazanmalı idim”.

Axşam.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişində müğənni Natavan Həbibi deyib.

İfaçı sənətinə çox pul xərclədiyini bildirib:

“Mən özümdən danışıram. Bu sənətdən pul qazanmıram. Ancaq cibimdən pul qoyub mahnı alıram, aranjiman alıram. Kliplərə, geyimlərə pul xərcləyirəm. Şou-biznesdə məni toy biznesindən uzaqlaşdırıblar”.

Комментарии (0)

Оставить комментарий