^
U

TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ


Koronavirusa yoluxan və ya yoluxmayanlar xəstəlikdən eyni dərəcədə qorunmalıdırlar. Koronavirusu ilkin olaraq yüngül keçirənlər, növbəti dəfə yoluxduqda çox ağır keçirir.

Bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O bildirib ki, koronavirusa yoluxub sağalmaq hələ bizi ikinci yoluxmadan qorumur:

“Virusdan qorunma tədbirləri eyni qaydada tətbiq edilməlidir. İnsan xəstəliyə yoluxubsa və ya yoluxmayıbsa, fərq etmir. Məsələn, dünya ölkələrinin praktikasından bunu eşidirik.

Koronavirusdan sağalanlar arasında təkrar yoluxma faktları var. Elə ölkələr var ki, orada xəstəliyi ilk dəfə yüngül keçirən ikinci dəfə daha ağır formada keçirir. Və ya ilk dəfə yoluxanda xəstəliyi ağır keçirənlər ikinci dəfə daha yüngül formada keçirir.

Bu məsələdə heç kim sığortalanmayıb, odur ki, koronavirusdan qorunma tədbirlərinə laqeyd yanaşmayaq”.(oxu)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 865 Tarix: 29-08-2020, 20:56
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az