İranda pandemiya qurbanlarının sayı artdı
İranda daha 165 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 19 804 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 247 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 345 450-yə yüksəlib.
Məlumatda həmçinin 3 773 nəfərin ağır vəziyyətdə olduğu, 299 157 nəfərin isə sağaldığı vurğulanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Sağlam ol Oxunub: 1 002 Tarix: 17-08-2020, 14:44