Воскресенье
июн 07

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı


Ötən ilin noyabrından etibarən dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı artmaqdadır.

Dünya üzrə koronavirusa yoluxanların sayı 6850614 nəfərə çatıb. 398244 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib. 3 milyon 300 mindən çox insan Covid-19-dan sağalıb.

ABŞ Covid-19-a yoluxanların sayına görə, siyahıya liderlik edir. 111 mindən çox insan ABŞ-da bu xəstəlikdən vəfat edib. Siyahının ikinci yerində karantin rejiminin tətbiq olunmadığı Braziliya, üçüncü yerdə isə Rusiya dayanır.

Hindistanda ölənlərin və yoluxanlaın sayı artaraq siyahıda altıncı yerdə qərarlaşıb. İran və Fransa ilk onluqdan çıxıb, Türkiyə isə yenidən ilk onluğa daxil olub.Milli.az

Комментарии (0)

Оставить комментарий