Воскресенье
июн 07

Koronavirus dənizdə qala bilmirmiş

Koronavirus dənizdə qala bilmirmiş


MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkim Səma Turan verib.

Onun sözlərinə görə, dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilmə ehtimalı aşağı düşür. Həkim istirahət məkanlarında hovuza girməzdən öncə duş almağı da məsləhət görüb: "Hovuzda da viruslar yaşamır, ancaq yenə də dəniz daha az təhlükəlidir. Virusların otaq temperaturundakı suda canlı qaldığını bilirik, amma dənizdəki duz miqdarı bu ehtimalı azaldır. Əvvəlki həyatımızdan fərqli yaşamaq məcburiyyətində olduğumuzu bilirik. Bu səbəbdən şəxsi gigiyenaya əməl edilməli, istifadə olunan dəsmallar 1 dəfədən sonra yuyulmalıdır.

Комментарии (0)

Оставить комментарий