Понедельник
апр 13

Koronavirus stress testidir

Koronavirus stress testidir


Belarusiyada koronavirusun yayılması ilə bağlı mövcud vəziyyət stress testi və səhiyyə sisteminin gücünün sınağıdır.

MAY.AZ-ın Tut.by-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Vladimir Karanik bildirib.

Nazir qeyd edib ki, hakimiyyət orqanlarının əsas vəzifəsi tibb işçilərini qoruyucu vasitələr, ləvazimatlar və dərmanlarla təmin etməkdir.

"Hazırda hökumət "ön planda" koronavirus infeksiyası olan xəstələrlə işləyənlərin maaşının artırılması məsələsini müzakirə edir", - deyən Karanik əlavə edib ki, koronavirusla mübarizədə iştirak edən tibb işçiləri yüksək keyfiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, martın sonunda Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko yoluxucu xəstəliklərin yayıldığını etiraf etsə də, ÜST-ün xəbərdarlıqlarına baxmayaraq, karantin tədbirləri tətbiq etməkdən imtina edib.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий