Воскресенье
апр 12

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi izah olundu

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi izah olundu


Siqaret çəkənlərin koronavirusa yoluxmaması ilə bağlı yayılmış mifi növbəti dəfə rədd ediblər.
Rusiyanın Onkoloji Elmi Mərkəzinin profilaktika şöbəsinin rəhbəri Vladimir Levşin “Sputnik” radiosuna müsahibəsində bu barədə danışıb.

O qeyd edib ki, hazırda guya siqaretin koronavirusdan qoruması ilə bağlı müxtəlif yanlış fikirlər səslənir:
“Bu, əlbəttə ki, cəfəngiyyatdır. Siqaret çəkmək koronavirusdan xilas etmir, əksinə, siqaret çəkənlərdə olan xəstəliklər bu virusu özünə cəlb edir”.

Alimin sözlərinə görə, 5-6 il siqaret çəkənlərdə xroniki bronxit xəstəliyi yaranır ki, bu da sətəlcəm riskini bir neçə dəfə artırır.(ölkə)

Комментарии (0)

Оставить комментарий