^
U

Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək


"Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik".

MAY.AZ E-huquq.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər:

"Ümumiyyətlə, biz planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbrli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyatı üzrə Çağrı Mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 504 Tarix: 3-04-2020, 21:55
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az