Четверг
апр 02

TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Koronavirusdan ölənlərin dəfni ilə bağlı AÇIQLAMA


Ölkəmizdə koronavirus (COVİD -19) infeksiyasına yoluxmuş şəxslərin meyitlərinin dəfn olunması məsələsi bir müddətdir ki, ən çox soruşulan suallardandır.

Bununla bağlı Sonxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva danışıb. O, koronavirusdan dünyasını dəyişən şəxslərin dəfni ilə bağlı yeni qaydaların olacağını bildirib:

"Əgər şəxsin COVİD 19 virusu ilə dünyasını dəyişdiyi şübhəli olarsa, o zaman mərhumdan analizlər götürülür. Ölən şəxsin koronavirus xəstəsi olduğu bilinərsə, yəqin ki, ailəyə dəfn üçün təhvil verilir. Hazırda meyitin nə cür dəfn ediləcəyi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bu da yaxın zamanlarda açıqlanacaq".

Qeyd edək ki, ölkəmizdə hazırda 400 aktiv koronaviruslu xəstənin olduğu, 5 nəfər şəxsin isə bu virisdan dünyasını dəyişdiyi bildirilir.

Комментарии (0)

Оставить комментарий