COVİD-19-la bağlı dəridə bu problemlər yaranır: "Əlləri maye sabunla yumayın"- Həkimdən TÖVSİYƏ


COVİD-19-la bağlı dəridə bu problemlər yaranır: "Əlləri maye sabunla yumayın"- Həkimdən TÖVSİYƏ


"Əl dermatiti probleminin qarşısını almaq üçün əllər yuyulduqdan sonra nəmləndiricilərdən istifadə edilməlidir. Maye sabunlardan uzaq durulmalıdır. Maska istifadəsinə bağlı üzdə kontakt dermatit yaranma ehtimalı da var".

Bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli "Koronavirus pandemiyası insanlarda hansı dəri problemləri yaradır?" adlı məqaləsində bildirib.

COVID-19 olaraq tanınan koronavirus epidemiyası Çində başlasa da, artıq sürətli bir şəkildə başqa dünya ölkələrinə yayılaraq pandemiya halını alıb. Bu xəstəlik adi qripin verdiyi əlamətlərin versə də, özünəməxsus klinik əlamətləri də ayırd edilib.

Qızdırma, quru öskürək, tənginəfəslik kimi klinik əlamətlər novel coronavirus olaraq bilinən yeni koronovirus infeksiyasında daha çox müşahidə eilməkDədir. Digər qrip viruslarından fərqli olaraq yeni koronavirus sürətli şəkildə ağ ciyərlərə yayılıb kəskin tənəffüs çatışmazlığı verərək xəstənin qısa müddətdə ölümünə səbəb ola bilir. Ölüm halları ən çox yaşlı insanlarda, immun sistemi çökmüş şəxslərdə daha çox müşahidə edilir. COVID-19 xəsətliyinin sürətli yayılması və ölüm faizinin yüksək olmasına bağlı olaraq ümumdünya səhiyyə təşkilatı (ÜST) pandemiya elan etmişdir və xəstəliyin qarşısını almaq məqsədi ilə bütün insanlara ümumi gigiyena qaydalarına əməl edilməsini tövsiyyə etmişdir. Əllərin tez-tez sabunla yuyulması, antiseptik gellərdən və məhlullardan istifadəsi tövsiyyə edilmişdir. Qrip əlamətləri göstərən insanlar üçün isə tibbi maskalardan istifadəsi məsləhət edilir.

Lakin bu profilaktik qaydalara bağlı artıq bir çox insanlarda dəri problemlərini ya kəskinləşməsi, ya da yenidən yaranması görülməyə başlamışdır. Tez-tez əl yıxamaq alışqanlığı dəridə quruluq, qaşıntı, çatlama verən dermatit hallarının artmasına səbəb olmuşdur və bundan sonra da artacağı güman edilir. Xüsusən obsessiv kompulsiv disorder (OCD) və ya sarışan hallar nevrozu olaraq tanınan obsessiv kompulsiv pozuntular kimi problemləri olanların xəstəliyinin remissiyadan çıxması və əl yıxama alışqanlıqlarının kəskinləşməsi müşahidə oluna bilər. Odur ki, əl dermatiti probleminin qarşısını almaq üçün əllər yuyulduqdan sonra nəmləndiricilərdən istifadə edilməlidir. Maye sabunlardan uzaq durulmalıdır. Düzəlmə görülmədiyi təqdirdə dermatoloq həkimə müraciət edilməlidir. Maska istifadəsinə bağlı üzdə kontakt dermatit yaranma ehtimalı yüksəlmişdir. Tibbi maska istifadəsindən sonra üzdə qızartı, qaşıntı, qabıqlanma görülərsə, dermatit problemindən şüphələnmək lazımdır. Belə olan halda maska istifadəsi dayandırılmalı və dəri həkimi ilə konsultasiya edilməlidir. Kontakt dermatit riskindən yan keçmək üçün üz üçün nəzərdə tutulan nəmləndirici kremlərdən istifadəsi məsləhət edilir.(milli)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Sağlam ol / koronavirus Oxunub: 72 Tarix: 29-03-2020, 11:57

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz