^
U

COVID-19 virusunun Uxanda ortaya çıxdığına dair heç bir dəlil yoxdur - Çinli ekspert


Çinin respirator xəstəliklər üzrə tanınmış eksperti Con Nanşan yeni növ koronavirusun (COVID-19) Uxanda ortaya çıxdığına dair hər hansı dəlilin olmadığını bildirib.

MAY.AZ AZƏRTAC-a istinadən bildirir ki, ekspert faktlara əsaslanmadan tələsik nəticə çıxarmağın məsuliyyətsizlik olduğunu deyib. Con Nanşan hələlik COVID-19 virusunu birbaşa müalicə edən dərmanın və ona qarşı peyvəndin olmadığını, bu istiqamətdə beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğunu deyib.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Xubey vilayətinin Uxan şəhərində sonradan yeni növ koronavirus olduğu müəyyən edilən naməlum virus meydana çıxmışdı. İndiyədək Çində 81 min 263 nəfər bu virusa yoluxub, 3250 nəfər isə virus səbəbindən ölüb. Çindən başqa, 176 ölkədə 148 mindən çox yoluxma, 6136 ölüm faktı qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 1 037 Tarix: 20-03-2020, 18:33
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az