Вторник
мар 17

Qazaxıstanda 2 yaşlı uşaqda koronavirus aşkar edildi

Qazaxıstanda 2 yaşlı uşaqda koronavirus aşkar edildi


Qazaxıstanda daha 3 koronavirusa yoluxma faktı aşkar edilib.

MAY.AZ day.az-a istinadən bildirir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. Yeni yoluxanlar arasında Berlindən qayıtmış 2018-ci il təvəllüdlü qızın da olduğu qeyd edilir.

Son 3 fakt Alma-Atada qeydə alınıb, bununla da Qazaxıstanda COVİD-19-a yoluxmuş şəxslərin sayı 13 olub.

Martın 15-də ölkə Prezidenti Kasım-Jomart Tokayev respublikada aprelin 16-a qədər fövqəladə vəziyyətin elan olunması barədə qərar imzalayıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 160 mini, ölənlərin sayı isə 6 mini keçib.

Комментарии (0)

Оставить комментарий