Вторник
авг 30

DİQQƏT! Yaş salfetdə təhlükə aşkarlandı

DİQQƏT! Yaş salfetdə təhlükə aşkarlandı


Əsla istifadə etməyin! Baxın yaş salfetdə nə varmış! Həyatımızla oynayırlar!

Hər kəsin evində istifadə etdiyi, hətta uşaqların təmizliyində də istifadə edilən yaş salfet böyük təhlükəyə malikdir.

Sfera.az xəbər verir ki, Türkiyədə bu ilin iyul, avqust və sentyabr aylarını əhatə edən və Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamanın nəticələri məlum olub.
Mütəxəssislərin apardığı yoxlamalarda ilk növbədə idxal edilən tibbi məhsullar araşdırılıb.

Etibarsız məhsulların gəldiyi ölkələr arasında Hindistan, Almaniya, Belçika və Çin olub.
Səhiyyə Nazirliyi bu ilin iyul, avqust və sentyabr aylarını əhatə edən kosmetik məhsulların da nəzarət nəticələrini açıqlayıb.

Habertürk Qəzetindən Lütfi Ərdoğanın xəbərə görə, yoxlanan 825 məhsulun 215-i texniki yoxlamaya zidd və etibarsız" çıxıb.

Mikrobiyal çoxalma müəyyən edilən məhsulların arasında yaş salfet və linzalar var. Etibarsız və tənzimləməyə zidd olan məhsulları bazara sürən firmalara, 919 min 307 TL pul cəzası kəsilib.

Комментарии (0)

Оставить комментарий