İdeal masajın insana inanılmaz FAYDALARI


İdeal masajın insana inanılmaz FAYDALARI


Masaj rahatlaşmaq ehtiyacı duyan və yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk alternativdir. Masaj həm də bədən üçün bir neçə dəqiqəlik xoşbəxtlik deməkdir. Ağrıyan kürək, boyun və sıxılmış əzələlər üçün, yəqin ki, masajdan daha gözəl hədiyyə ola bilməz. Masaj bir müddətə də olsa, dünyadakı bütün stress və gərginliyi uzaqlaşdıran fiziki, zehni və ruhi təmizlənmə, rahatlıq fasiləsidir.

Medicina.az xəbər verir ki, masaj 45-70 dəqiqəyə yaxın edilməlidir. Masaj həm müalicə məqsədilə, həm də bədəni rahatlaşdırmaq üçün edilir. Sığallamaq, ovmaq, yoğurmaq, titrətmə kimi rahatladıcı texnikalarla edilən masaj müalicə məqsədi ilə deyil, əzələlərin sakitləşməsi, zehni və ruhi baxımdan istirahət, stressdən çıxmaq və sadəcə kef məqsədli həyata keçirilir.

Masajın faydaları

-İmmunitet sistemini gücləndirir

-Qan dövranını tənzimləyir

-Metabolizmi sürətləndirir

-Həzm və ifrazat sistemini yaxşılaşdırır

-Yağ yandırılmasını sürətləndirir

-Şiş ölçüsünü azaldır

-Əzələləri boşaldır

-Yuxu rejimini yaxşlaşdırır

-Stress və yorğunluğu aradan qaldırır, ruhu cəhətdən insanı sakitləşdirir

-Qocalmağı gecikdirir, hüceyrə yenilənməsini sürətləndirir

-Orqanizmdə toplanan toksinlərin atılmasını təmin edir

-Heç işləməyən əzələlərin işləməsi təmin edilir

Sağlamlaşdırıcı masaj əvəzolunmaz və vacib prosedurdur. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaqlarda da masaj çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Orqanizmdə 400-dən çox əzələ var, onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərin yaranması riskini azladır. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar ötürülür və bu, arterial təzyiqi aşağı salır.

Masajla bağlı aparılan tədqiqatlarda məlum olub ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt müvafiq dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.

Xanımlar üçün masajın xüsusi faydaları var

-Masaj dərinin və əzələlərin dartılmasını və daha təravətli görünməsini təmin edir. Həftədə 3 gün 30-45 dəqiqəlik masaj etmək kollagen liflərin elastikliyini artırır. Dərinin qocalma prosesini gecikdirir.

-Masaj arıqlamağa kömək etdiyi kimi, bir çox qadının əziyyət çəkdiyi sellülitin yaranmasının da qarşısını alır.

-Yaxşı masaj bütün sellülit müalicələrindən daha təsirlidir. Əslində sellülit müalicəsi üçün istifadə edilən alətlərin hamısı masajı təqlid edir. Masaj edən insanın əl qabiliyyətinin qiyməti getdikcə bahalaşdığı, təbii olaraq yorulmaq ehtimalı yüksək olduğu üçün masaj alətləri təkmilləşdirilmişdir.

-Sellülit toxuması pozulmuş yağ hüceyrəsidir. Qan və limfa dövranında çətinliklər nəticəsində su toplayan yağ hüceyrələri sərtləşir. Beləcə, normal yağ toxuması pozulur, portağal qabığı görünüşünü alır. Masaj qan və limfa dövranını düzəldərək sellülitin azalmasına yardımçı olur. Xüsusilə limfa drenaj masajları müəyyən nöqtələrə tətbiq olunan təzyiq sayəsində limfa dövranını daha fəal şəkildə sürətləndirirlər. Nəticədə yağ toxumasında hapsolan maye sərbəst qalır, hərəkətə gəlir. Qan dövranı sistemi artıq maye və digər toksinləri çeşidləyərək sidik və ya tər vasitəsilə bədəndən xaric olunmasını təmin edir. Beləliklə, orqanizm toxuması sıxlaşır. Yadınızda saxlayın ki, yaxşı sellülit masajından sonra sidiyə çıxma istəyinin olması normal haldır. Ətirli yağlar masajın təsirlərini daha da artırırlar. Bitki tərkiblərindən ibarət olan bu yağlar bədəni rahatladır və yağların parçalanmasına yardımçı olurlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Sağlam ol Oxunub: 24 Tarix: 4-12-2019, 23:41
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz
Reklam
Təqvim
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Saygaclar
MobTop.az