Dil xərçəngi - Səbəbləri, müalicəsi


Dil xərçəngi - Səbəbləri, müalicəsi


Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-I, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayilmış onkoloji xəstəliklər siyahısındadır.

Bigaz medicina.az-a istinadən xəbər verir ki, dünya alimləri insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.

"İnsanlar hələ də başa düşmür ki, ağız işi də digər orqanlar kimi bir orqandır və ağır xəstəlikləri insan üçün təhlükəli və ölümcül ola bilər. Ağız içində təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə”.

Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalılığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.

Dişləri qorumaq və profilaktika üçün saqqız, diş məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə mübarizə aparmalıdır.

Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəsi şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.

Xəstəliyin əsas yaranma səbəbləri:

- Siqaret çəkmək

- Kimyəvi yanıqlar

- Spirtli içkilərin qəbulu

- Çox isti qidaların və içkilərin daim qəbulu

- İrsiyyət.

- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı "oturmayan" protez dili daim zədələdikdə və s.)

Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.

Müalicəsi:

Xəstəliyin ilkin mərhələlərində başlayarsa,xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.

Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağız suyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.

Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.

Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq fərdi şəkildə seçilir.

Dil xərçəngi zamanı əsas müalicə metodu cərrahi əməliyyat sayılır. Əməliyyatdan sonra xəstəyə şüa terapiyası təyin oluna bilər. Əgər xəstəlik gecikmiş mərhələlərdə aşkar olunubsa, cərrahi əməliyyat tətbiq olunmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Sağlam ol Oxunub: 75 Tarix: 7-11-2019, 01:52
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz
Reklam
Avtomobil dünyası

Təqvim
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Saygaclar
MobTop.az