C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açır


C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açır


Dəyişkən və soyuq hava bir çox xəstəliklərin üzə çıxmasına təsir edir. Bu müddətdə vücudun xəstəliklərə qarşı mübarizə aparması üçün C vitamini çox vacibdir. Bəs bədənin ifraz etmədiyi C vitamini hansı qidalardan almaq laızmdır?

Türkiyəli mütəxəssis Sedat Işık C vitaminin əhəmiyyətini izah edib.

O, bildirib ki, Vitamin C suda həll olunan vitaminlərdən biridir, bədəndə sintez olunması və ya saxlanılması mümkün deyil. Odur ki, yalnız gündəlik qəbul edilən qidalar yolu ilə orqanizmin ehtiyacı qarşılana bilər. Bu vitamin olmadıqda skorbit xəstəliyi yaranır. Skorbit xəstəliyi C vitamininin çatışmazlığından irəli gəlir və bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur.

Geç iyileşen yaralar C vitamini eksikliğine işaret ediyor

C vitamini bədənimizə daxil olduğu andan immun sisteminə necə təsir edir?

Payızdan başlayaraq soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı profilaktik təsir göstərir.

Üst tənəffüs yolları xəstəliklərinin simptomlarını azaltmağa kömək edir.

Müalicə müddətində şəkər xəstələrinə lazımi müqavimət göstərməyə kömək edir.

İmmun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərə, xüsusilə xərçəngə qarşı müdaifə rolunu oynayır.

Yüksək qan təzyiqinin aşağı düşməsini təmin edərək insult riskini azaldır.

Dərinin səthindəki hüceyrələri yeniləyir, yaraların və ya buna bənzər halların sağalmasına kömək edir.

Sinir sistemindəki hüceyrələri tarazlıqda saxlayır və bununla da insanın ruhi xəstəliklərə tutulma sürətini azaldır.

Gec sağalmış yaralar C vitamini çatışmazlığını göstərir.

C vitamini çatışmazlığı varsa, dəri özünü yenilənə bilməz və göyərmə meydana gəlir.

Ağız, dodaq, burun içində və yanaqlarda yaralar görülür.

Sinir hüceyrələrinin ehtiyac duyduğu turşunun miqdarının azaldılması sinirlərin zədələnməsinə səbəb olur və bu vəziyyət beyin inkişafına mənfi təsir edir.

Sümüklərdə və əzələlərdə şiddətli ağrı hiss edilir.

Yaralar gec sağalır və keçməyən sızanaq ləkələrə səbəb olur.

C vitamini olan yeməklər

C vitaminin faydaları

Xüsusilə portağal, qırmızı bibər, kivi, limon, naringi, yaşıl bibər, itburnu və qırmızı kələm C vitamini ilə çox zəngindir. Bunlardan başqa; çiyələk, brokkoli, noxud, üzüm və cəfəri də C vitamini ehtiyaclarını ödəyə biləcək qidalar arasındadır.

Gün ərzində 2 stəkan portağal suyu kifayətdir

Gündəlik C vitamini ehtiyacını 2 stəkan portağal suyu və ya 1 orta boy kivi ilə qarşılamaq mümkündür. Qeyd edək ki, C vitamini istilik, işıq və oksigenə həssasdır. Bişdiyi zaman C vitamini təxminən 30-40 faiz itkiyə məruz qalır. Odur ki, daha çox çiy halda yemək tövsiyə olunur. Yaxud da bu qidaları buxarda bişirməklə vitamin itkisini minimuma endirmək mümkündür.(publika)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Sağlam ol Oxunub: 63 Tarix: 3-11-2019, 18:54
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz
Reklam
Təqvim
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Saygaclar
MobTop.az