Воскресенье
окт 27

Düzgün qamət necə olmalıdır?

Düzgün qamət necə olmalıdır?


“Bədənimiz yaxşı qamətdə olmayanda bəzi əzələlərimiz qısalır, bəziləri gərilir. O uzun müddət ərzində yaranır və vücudumuz düz olmayan qamətə öyrəşir. Qısalmış əzələ və onurğanın xırda oynaqların hərəkət həcmi azalır, onlar ağrı mənbələrinə çevrilə bilər və asanlıqla zədələnir".

BiG.AZ e-tibb.az-a istinadən bunu Mərkəzi Gömrük Hospitalının həkimi, həkim-fizioterapevt Səidə Kərimova "Sağlam qamət nədir?" adlı məqaləsində bildirib.

"Düz otur", "belini düz tut", "axırda qozbel olacaqsan"... və s. ifadələri kim eşitməyib ki? Bəli, uşaq vaxtından demək olar ki, hamımız eşitmişik. İndi arada uşaqlarımıza da bunları deyirik. Özümüz də bəzən güzgüyə baxıb çiyinlərimizin əyri olduğunu görürük və tez duruşumuzu düzəldirik. 5 -10 dəqiqə keçir və axırda yorulub əvvəlki hala qayıdırıq...

Sağlam qamət nəyə deyilir? Bəs niyə düz qamət belə vacibdir? Ümumiyyətlə, sağlam qamət nədir?

Qamət - duranda və oturanda bədənimizin pozisiyasına deyilir. Sağlam qamət isə gündəlik hərəkətlərimizi vücudumuzun minimal yüklənməsi ilə təmin edir.

Qaməti formalaşdıran əsas komponent onurğa sütunudur. Arxadan baxanda onurğamız düz xətt kimi görünür. Yan tərəfdən baxsaq, onun təbii S-vari forması var, qabarıq və çökək zolaqları ilə (təbii lordoz ve kifoz). Qamətimizi düz saxlamağa vücud əzələlərimiz kömək edir.

Biz qamətimizi düz saxlamağa çalışmalıyıq ki, gələcəkdə ağrı, hərəkət məhdudlaşması və digər problemlərlə üzləşməyək.

Əslində "ideal" qamət yoxdur, sağlam qamət eyni zamanda insan üçün komfortlu olmalıdır.

Düz olmayan qamətdə oynaq və əzələlərdə zəiflik və ağrı yarana bilər;

Belə halda oynaq və əzələlər zədələnməyə qarşı daha həssas olur;

Zamanla bədənimiz düz olmayan qamətə öyrəşir.

Qaməti yaxşılaşdırmaq üçün tövsiyələr:

1. Ayaqüstə olanda düz durmaq üçün balaca bir məsləhət: özünüzü hündürboy hiss edin! Bədən yükünüzü hər iki ayaq üzərində bərabər paylaşmağa çalışın.

2. Döş sümüyünü bir az yuxarıya doğru aparın, çiyinlərinizi bir az arxaya və aşağı tutun. Yadınızda saxlayın ki, hərəkətlər sizə narahatlıq verməməlidir.

3. Oturanda və kompüter arxasında çalışanda monitorunuz göz səviyyəsində olsun. Stulunuzun hündürlüyünü düşünün ki, iş görəndə çiyinlərinizi qabağa "yığmağa" ehtiyac olmasın. Dirsəklərinizi bədəninizə yaxın və 90-120 dərəcədə büküb tutun. Bud-çanaq oynağınız da təxmini eyni (90-120) dərəcə bükülmədə olmalıdır.

4. Hər 20-30 dəqiqədən bir çalışın ayağa durun və bir az hərəkət edin. Vücudumuzun əzələ və oynaqları hərəkət həcmini saxlamalıdır.

Комментарии (0)

Оставить комментарий