^
U

Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən ƏLAMƏTLƏR


Qaraciyər bədəndən toksinləri təmizləyən orqandır. Lakin qaraciyərin toksinlərlə dolu olması fəaliyyətinin pozulmasına səbəb olur.

Qaraciyər yediklərinizi vücudunuzun istifadə edə biləcəyi qida halına salır, fermentləri və digər zülalları ifraz edir, bədənin dəmir, vitamin və enerji ehtiyatını təmin edir. Bədəninizə zərər verə biləcək dərman və alkoqol kimi zəhərli maddələri təmizləyir. Vücudunuz üçün çox vacib olan bir orqana biganə yanaşmaq əlbət ki, olmaz.

Qaraciyərdə ağrı

Qarnınızın yuxarı sağ hissəsində ağrı varsa, bu, qaraciyərinizdə problem yarana biləcəyinə işarədir. Adətən statik bir ağrıdır. Unutmayın ki, qaraciyər yediyiniz qidaları, eləcə də vücudunuzun istifadə edə biləcəyi qida maddələrinin tullantılarını təmizləməyə kömək edir. Hər hansı bir xəstəlik qaraciyərin funksiyasına mənfi təsir edir. Bu zaman orqan əziyyət çəkir və bədənə toksik əlamətləri göndərir.

Ayaqların şişməsi

Problemi görməzlikdən gəlsəniz, zəifləmiş qaraciyər skar toxuması yaratmaq hesabına özünü düzəltməyə çalışır. Skar toxuması nə qədər yüksək olsa, qaraciyərin işləməsi bir o qədər çətinləşir və hipertenziyaya səbəb olur. Nəticədə, ayaqlarda ödəm meydana gəlir. Ödəm ağrısız olsa da, hər iki ayaqda, xüsusilə baldırlarda nəzərə çarpır.

Köklük

Köklük hormon disbalansından qaynaqlanmırsa, həkim müayinəsindən keçin. Qaraciyər bütün toksinlərin (spirt, kimyəvi qatqılar, müəyyən dərmanlar və s.) öhdəsindən gələ bilmir. Odur ki, qaraciyər təmizləməsinə kömək etmədikcə arıqlamaq çətinləşir.

Gözlərin saralması

Bir insanın gözləri və ya dəriləri solğunlaşıb sarılığa doğru gedirsə, buna sarılıq xəstəliyi deyilir. Sarılıq sadəcə xəstəlik deyil, həm də bədəninizdə meydana gələn funksiya pozulmasının bir əlamətidir. Normada sarılıq xəstəliyi qaraciyərdə bilirubin çox yığıldıqda baş verir. Qaraciyərdə ölü qırmızı qan hüceyrələrinin parçalanması ilə bədəninizdə sarılıq meydana gəlir.

Xroniki yorğunluq

Xroniki yorğunluq sindromu uzunmüddətli qripə bənzəyir. Lakin xroniki yorğunluq diaqnozundan əvvəl simptomları ən az 6 ay yaşamalısınız. Bunun səbəbi qaraciyər zəhərlənməsidir.(publika)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 603 Tarix: 6-10-2019, 19:54
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az