^
U

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI


Türkiyəli stomatoloq Alper Dilek diş çöplərinin dişlərə vurduğu zərərlərdən danışıb.

Publika.az xəbər verir ki, mütəxəssis diş çöplərini diş ipi və fırça ilə əvəz etməyi məsləhət görüb.

Taxta diş çubuqları diş ətinin zədələnməsinə səbəb olur.

Həkim taxta diş çöplərinin fəsadlarını belə izah edib: “Diş arasında qalan ət qalıqlarını diş ipi ilə təmizləyin. Bu, daha rahat və daha faydalıdır. Əgər diş ipi yoxdursa, ət yeməklərindən sonra ağzınızı bol su ilə yuyun. Diş çöpləri isə diş əti və sağlam dişlərə zərər verə bilər. Ağızda protezi olan vətəndaşlar onu ət və şirniyyat yedikdən sonra yaxşı yumalıdır.

Ət yeməklərindən sonra səhər ağızdan pis qoxu gələ bilər, bu qoxunu aradan qaldırmaq üçün dil təmizləyicisi istifadə edin. Dişlərdə qalan ət taxta diş çöpləri ilə təmizlənməməlidir. Çünki diş əti toxumaları çox həssasdır. Oraya təzyiq göstərdiyiniz zaman reaksiya verir və geri çəkilir. Taxta diş çöpləri bir müddətdən sonra diş ətlərini zədələyir, asanlıqla aşağı və yuxarı qalxır, müəyyən bir müddətdən sonra isə tətbiq etdiyiniz boşluq genişlənir. Bu, oraya daha çox qalıqların qaçmasına səbəb olur. Odur ki, diş ipi istifadəsini tövsiyə edirik”.

Saglamolun.Az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 565 Tarix: 15-09-2019, 23:35
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az