Вторник
июл 23

Bu pendirlər insanı zəhərləyə bilər - RƏSMİ XƏBƏRDARLIQ

Bu pendirlər insanı zəhərləyə bilər - RƏSMİ XƏBƏRDARLIQ


Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.

Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyindən BiG.AZ-a bildirilib ki, pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.

Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.

Комментарии (0)

Оставить комментарий