^
U

Ədviyyatlardan necə istifadə etməli?

Yeməklərimizin əvəzedilməz hissəsi hesab edilən ədviyyatlar həm də özünəməxsus xüsusiyyətlərə malikdirlər. Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etməlisiniz .

BiG.AZ həmin ərzaqlardan ibarət siyahını təqdim edir:

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.

Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil.

Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon.

Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd.

Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan.

Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə.

Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana.

Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə.

İsti süd üçün: zərdəçal, zəfəran, darçın
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 812 Tarix: 20-03-2019, 17:59
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az