Ana sehife
» » Gözəllik və sağlamlıq üçün SÜD ZƏRDABI
  • Admin
  • 11 Şubat 2019
  • 119
  • 0

Gözəllik və sağlamlıq üçün SÜD ZƏRDABI

Gözəllik və sağlamlıq üçün SÜD ZƏRDABI


Süd zərdabı qədim zamanlardan effektli müalicəvi və kosmetik vasitə kimi tananır və istifadə olunur.

Süd zərdabının çoxsaylı faydaları haqqında qədin tibbi traktatlarında məlumatlar tapmaq olar. Süd zərdabının müalicəvi xüsusiyyətləri:

- Mədə-bağırsaq sisteminin fəaliyyətinə çox müsbət təsir edir - stimullaşdırır, təmizləyir, disbakteriozla mübarizə aparır, qəbizlik zamanı faydalıdır.

- Orqanizmi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyir.

- Qara ciyərin fəaliyyətinə müsbət təsir edir.

- İmmun sistemini möhkəmləndirir.

- Böyrəkləri təmizləyir.

- Ürək xəstəlikləri və hipertoniya zamanı çox faydalıdır. Orqanizmi "pis" xolesterindən təmizləyir, ödemləri azaldır ki, bu da ürəyə düşən gərginliyi azaldır.

- Sinir sisteminə müsbət təsir edir, stresi azaldır.

- İştahanı azaldır, piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir. Süd zərdabı bir çox pəhrizlər zamanı istifadə olunur.

Süd zərdabı həmçinin kosmetologiyada çox geniş istifadə olunur: dərini təmizləyir, ağardır, yağlılığını azaldır, cavanlaşdırır.

Ağardıcı effekti artırmaq üçün süd zərdabına limon şirəsini sıxın, qarışıqda steril disk isladın və dərinizə çəkin. Bu qarışıqla hər gün dərini sildikdə dəri çox yaxşı ağarır.

Süd zərdabı saçlara da çox müsbət təsir edir, onları bərpa edir, daha canlı və parlaq edir.

Saglamolun.Az


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий