Bolmeler
» » İnsan qurdlara necə yoluxa bilər?

İnsan qurdlara necə yoluxa bilər?

İnsan qurdlara necə yoluxa bilər?


Helmintozlar (qurd xəstəlikləri) insanın sağlamlığına böyük ziyan vurur.

Bu səbəbdən müəyyən qaydalara əməl etməklə qurdlara yoluxmanın qarşısını almaq lazımdır. Bu xüsusilə kiçik yaşlı uşaqlara aiddir.

Nəzərə almaq lazımdır ki, əksər qurdlar insan orqanizmində çoxala bilmir. Bunun üçün qurdların yumurtaları xarici mühitə xaric olunmalı (nəcislə və ya bizquyruq qurdlarda olduğu kimi anusun ətrafında olan dəriyə) və daha sonra yenə insan orqanizminə düşməlidir. Beləliklə insan təkrar yoluxmaya yol verməzsə, o, heç bir müalicə olunmadan bir müddət ərzində qurdlardan qurtula bilər.

Təkrar yoluxmaya yol verməmək üçün insan qurdların orqanizmə düşmə yollarını bilməlidir.

Qurdlara yoluxmanın bir neçə yolu var.

- Torpaqdan.

Bu əsas yoldur. Qurdların yumurtaları insanların və heyvanların nəcisi ilə torpağa düşür və burada qalır. Bu səbəbdən topraqla, qumla təmasdan sonra əllərinizi mütləq yaxşı yumaq, dırnaqları xüsusi fırça ilə suyun altında təmizləmək lazımdır. Torpaqda işləyəndə mütləq əlcəklərdən istifadə etmək lazımdır.

Qurdlara yoluxma riski pis yuyulmuş tərəvəzləri, göyərtiləri, giləmeyvələri yeyən insanlarda artmış olur. Tərəvəzlərin, göyərtilərin və giləmeyvələrin üzərində tez-tez qurdların yumurtaları olur. Bu səbəbdən onları axar su ilə yaxşı yumaq və sonra üzərinə qaynar su tökmək lazımdır. Göyərtiləri yuduqda onları əvvəl axar suyun altında yuyun, sonra sirkə əlavə olunmuş suda isladın, daha sonra isə yenə yaxşı yuyun.

- Pis bişirilmiş ət, balıq.

Ətdə və balıqda çox təhlükəli qurdlar və onların yumurtaları ola bilər. Bu qurdları məhv etmək üçün əti və balığı kifayət qədər bişirmək lazımdır, yarıbişmiş ət, balıq, çiy ət, balıq (suşi) çox təhlükəlidir.

- Heyvanlar və həşəratlar.

Evdə it, pişik saxlayan insanlar ciddi təhlükədədir. Heyvanlar çöldən çirk, torpaq gətirir ki, bu torpaqda qurdların yumurtaları ola bilər.

Milçək qanadları üzərində qurdların yumurtalarını daşıya bilər. Bu səbəbdən evləri milçəklərdən qorumaq, milçəklər olan yerlərdə qidanı və suyu açıq qablarda saxlamaq olmaz.

- İnsandan insana.

Ən yayılmış bizquyruq qurdu gecə saatlarında bağırsaqdan çölə çıxır və anus ətrafında yumurtalarını qoyur. Bu ciddi qaşınmaya səbəb olur. İnsan dərini qaşıdıqda yumurtalar onun əllərinə, dırnaqların altına düşür. Daha sonra yumurtalar əllərdən insanın ağzına düşə bilər ki, bu da təkrar yoluxmaya səbəb olur. Həmçinin insan ətrafdakıları da qurdlara yoluxdurur.

Bu səbəbdən ailədə 1 insanda qurd invaziyası varsa, digərləri də yoxlanmalıdır və lazım olan müalicə almalıdır.

Müalicədən əlavə evin bütün səthləri, yataq ağları, uşaq oyuncaqları və s. mütləq dezinfeksiya olunmalıdır.

- Sudan.

Çirkli suda, hovuzda, göldə və s. çoxlu sayda qurdların yumurtaları olur. Bu səbəbdən suyu içdikdən əvvəl mütləq qaynatmaq və ya təmizlənmiş sudan istifadə etmək lazımdır. Göldə, hovuzda üzdükdə suyun ağız boşluğuna düşməməsinə diqqət yetirmək lazımdır. Bu xüsusilə uşaqlara aiddir.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Sağlam ol Baxilib: 19 Muellif: Admin Tarix: 10-01-2019, 20:21
XEBER LENTI
20+ фото, которые больше похожи на фейк, но они настоящиеYumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİRAcı bibər yeyənlər daha sağlamdırQarın və beldə yığılan piylərdən xilas edən vitamin. MənbələrXoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdırÜzü cavan saxlamağın ucuz və təhlükəsiz yoluGünortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIRİtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldıDaha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIR
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz