^
U

Yatmazdan qabaq yemək yeyənlər oxusun! - Bu təhlükəli xəstəliklərə tutula bilərsiniz


Barselona Universiteti alimləri təyin ediblər ki, yatmazdan 2 saatdan az əvvəl yemək yeyən insanda müxtəlif xərçəng növlərinin riski artır.

MAY.AZ saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri International Journal of Cancer jurnalında dərc olunub.

Alimlər sübut edir ki, yatmazdan bilavasitə əvvəl qida qəbul etmək qadınlarda süd vəzi, kişilərdə isə prostat vəzi xərçənginin riskini 25% artırır.

Araşdırma zamanı alimlər 1800 onkoloji xəstə və 2000 sağlam insan haqqında müxtəlif məlumatları (həyat tərzi, vərdişlər, yuxu və s.) müqayisə ediblər. Araşdırma göstərib ki, onkoloji xəstələrin bir çoxunda yatmazdan qabaq qida qəbul etmək kimi vərdişi olub.

Yatmazdan qabaq qida qəbul etmək metabolizmi sürətləndirir, normada isə axşam saatlarında metabolizm zəifləməlidir. Bu normal yuxu üçün çox vacibdir. Yuxu və ayıq qalma ritmlərinin pozulması orqanizmə çox ciddi ziyan vurur, hüceyrələrdə patoloji dəyişikliklərin inkişafına səbəb olur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 763 Tarix: 26-07-2018, 20:46
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az