^
U

Çox danlanan, sıxışdırılan uşaqlarda gələcəkdə dəhşətli xəstəliklər yarana bilər - VİDEO


Xarakter insanın fiziki sağlamlığına bilavasitə təsir göstərir və pis səmtdə inkişafının qarşısını uşaq yaşlarından almaq lazımdır.

MAY.AZ ARB 24-ə istinadən xəbər verir ki, 61 yaşlı Famil Əliyev də deyir ki, malik olduğu xarakter onun səhhətinə təsir göstərib. Bundan sonra həkimə müraciət emək məcburiyyətində qalıb.

Famil Əliyev - Sakin: "Hərdən bir hirslənirəm özüm-özümə, həkimə də müraciət edirəm, deyir nevrozdu. Nevrozu müalicə etmək üçün də gərək hərdən yaxşı yerə çıxıb hava qəbul edim".

Psixoloqlar deyirlər ki, insanlar bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri ilə əldə edir. Bunlar insan xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır. Ekspertlərin sözlərinə görə, xarakterin tipləri yeniyetməlik yaşında formalaşsa da, ayrı-ayrı əlamətləri hələ kiçik yaşlarında həyat şəraitinin tərbiyənin nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artdıqca isə xarakterində də müxtəlif dəyişikliklər baş verir. Bəzi əlamətlər gizli hala keçir, bəziləri isə özünü daha qabarıq göstərməyə başlayır.

Elvira Əliyeva - Psixoloq: "Xarakter tiplərindən asılı olaraq, bu tiplərin insan orqanizminə təsiri də müxtəlif cür olur. Biz 7 yaşınadək uşaqlarda, əsasən, göstərdiyimiz tərbiyəyə, qayğıya diqqət yetirməliyik. Bu onların xarakter xüsusiyyətlərinə çox təsir edə bilər. Buna görə də 7 yaşınadək uşaqların tərbiyəsinə önəm verməliyik. 7 yaşdan sonra xarakter daha dərin kök salmağa başlayır".

Xarakter insanda genetik faktor ola bilər. Psixoloqların fikrincə, bu, insanın temperamentindən və şəxsiyyətindən irəli gələn bir prosesdir. Xarakterdə cəmləşən hər hansı bir keyfiyyətlər irsi də ola bilər, sonradan qazanılan da. Bu keyfiyyətlər tədricən insanın xasiyyətində özünü göstərir.

Elvira Əliyeva - Psixoloq: "Aqressiv insanlarla aqressiv yox, sakit danışıb onların psixologiyasına müsbət təsir etmək olar. Həyəcanlı insanlarla bu tip yanaşma keçərlidir. Zamanında korreksiyası olmadıqda və psixoloqa müraciət olunmadıqda aqressiya daha da dərinləşir. Onlar həm özlərinə, həm də ətrafdakılara, cəmiyyətə zərər törədə bilirlər.

Mütəxəssislər bildirirlər ki, düzgün formalaşmayan hər bir xüsusiyyət insanın sağlamlığına da zərər vurur. Utancaqlıq, tanış olmayan mühitdə özünü narahat hiss etmək orqanizmin virus və bakteriyalara qarşı müqavimətini azaldır. Aqressiv, əsəbi insanlarsa ciddi ürək xəstəlikləri ilə üzləşə bilərlər.

Anar Ağayev - Həkim: "Həmin xəstələrdə qan-damar sisteminin dövranı pozğunluğu yaranır. Şəkər xəstəliyinə gətirib çıxara bilər. Qan təzyiqinin qalxması nəticəsində beyin insultu yarana bilər. İşemik insulta kimi gətirib çıxara bilər. O insanlar ki, əsəbidilər, onların xarakteri zəifdir, daxilən gərgindilər, onlarda sinir sistemi həssas olur. Müalicə almadıqda bu xəstəliklər baş verir".

Gördüyü işlərdən məmnun olmayan, hər zaman özünü tənqidə yol vermək də müəyyən fəsadlara gətirib çıxarır.

Anar Ağayev - Həkim: "Biz uşaqları əgər yeniyetmə dövründə həddindən artıq sıxırıqsa, çox tənqid ediriksə, bu onların xarakterində formalaşır. Onlar böyüdükdə özünütənqid formalaşır. O qədər özlərini mənəvi tənqid edirlər ki, bir növ həyatda azad ola bilmirlər. Həyatda özlərini tapa bilmirlər".

Xasiyyətin müəyyən xəstəliklərə səbəb olması tibbi diaqnoz deyil. Araşdırma və müşahidələrin nəticəsidir. Mütəxəssislər insana daha çox ünsiyyətcil olmağı, təmiz havada gəzməyi, hadisələrə daha ədalətli yanaşmağı tövsiyə edirlər. Çünki müşahidələr göstərir ki, bu tip
daha uzunömürlü olurlar, ürək və qan-damar sistemi xəstəliklərinə az tutulurlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 698 Tarix: 9-07-2018, 21:06
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az