^
U

Ərəblər dünyada ilkə imza atdı – D vitaminli su


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Agthia Group” şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.

May.az xəbər verir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur.

Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.

“Al Ain Vitamin D” adlanan suyun bir şüşəsinin həcmi 500 ml, dəyəri isə 2 dirhəmdir. Vitaminlərlə zəngin olan bu suya artıq BƏƏ-nin supermarketlərində rast gəlmək mümkündür.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 669 Tarix: 22-01-2018, 22:43
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az