Понедельник
ноя 13

Palıd qozası müalicə vasitəsi kimi

Palıd qozası müalicə vasitəsi kimi


Payızda meşə və parklarda ağacların budağından qopub ayaq altına tökülən xəzəllər arasında palıd qozaları ilə tez-tez rastlaşmaq olar. Uşaqlar həmin qozalardan müxtəlif fiqurlar düzəldirlər. Əslində isə palıd qozaları tibbi və kənd təsərrüfatı baxımından çox faydalıdır.

Elit.az istinadən bildirir ki, Şimali Amerika hinduları palıd qozasını suda qaynadıb qurudur, üyüdərək un hazırlayır və ilboyu ondan kökə bişirib yeyirdilər. Ona görə də Kaliforniya aborigenlərini palıd hinduları adlandırırdılar.

Qədim slavyanlar palıdı müqəddəsləşdirərək şimşək allahı Perunun ağacı hesab edirdilər. Ən vacib hərbi məclis və məhkəmələr məhz palıd meşələrində təşkil olunur, qurbanlar kəsilirdi.

Palıd qozalarının qeyri-adi müalicəvi xüsusiyyətləri və kulinariyada çoxlu istifadə formaları var. Ondan qoza qəhvəsi və qoza unu hazırlayıb çörək və bulka məmulatlarına, həmçinin sıyıqlara əlavə etmək olar. Yüksək qidalandırıcı xüsusiyyətinə görə palıd qozası müharibə və aclıq illərində xilaskar rolu oynayıb.

Palıd qozasının qida məhsulu və müalicəvi vasitə olduğu qədim dövrlərdən məlumdur. Arxeoloji qazıntılar zamanı Yaponiyada 3800 il yaşı olan palıd qozası aşkar edilib və maraqlıdır ki, tədqiqatçılar onu əkərək ağac bitiriblər. Qədim yaşayış məskənlərində aparılan qazıntılar zamanı sobaların içində palıd qozalarının qalıqları tapılıb. Hələ 5 min il əvvəl qozadan qida məhsulu kimi istifadə edilib. Hətta tarixçilər hesab edirlər ki, əvvəllər palıd qozalarından, sonralar isə buğdadan çörək bişirilib.

Qozanın tərkibində zülal, çoxlu miqdarda nişasta və digər maddələr olduğuna görə meşə heyvanları, xüsusilə qaban, maral, ayı, fazan, göyərçin və çöl siçanları onunla qidalanmağı sevir. Tərkibindəki kversetin adlı flavonoid maddə spazmolitik və iltihab əleyhinə təsir göstərir, ödemləri azaldır, sidikqovucu və antioksidant effektə malikdir. Heyvanlar üçün təhlükəsiz olan həmin maddə insan orqanizminə toksiki təsir göstərir. Ona görə də həmin maddənin parçalanması üçün qozaları suda isladılandan və ya qızdırılandan sonra istifadə etmək olar.

Bakterisid, büzücü, şişəleyhinə və qankəsici təsirləri məlumdur. Antitoksik xüsusiyyətlərinə görə zəhərlənmələr zamanı ondan istifadə edilməsi yaxşı nəticələr verir.

İshal zamanı 1 çay qaşığı xırdalanmış qoza 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan içilir. Müalicə bir aya qədər aparılır və ehtiyac yaranarsa bir həftəlik fasilədən sonra təkrar edilir.
Astma, bəlğəmli öskürək, bronxitlər və ürək xəstəlikləri zamanı qoza qəhvəsi qəbul edilir. Onu hazırlamaq üçün suda islatmağa ehtiyac yoxdur.

Bel yırtıqlarının müalicəsində palıd qozalarının 25 faizli şərabda dəmləməsindən hazırlanmış isti təpitmələr qoyulur.

Sidik yollarının xəstəlikləri zamanı yaşıl qozalardan sıxılımış şirə ilə bal qarışığı gündə 3-4 dəfə 2 xörək qaşığı qəbul edilir.

Şəkərli diabetin müalicəsində qurudulmuş palıd qozasından hazırlanmış toz gündə iki dəfə-səhər yeməyindən əvvəl və axşam yatmazdan əvvəl qəbul olunur.

Комментарии (0)

Оставить комментарий