^
U

Xərçəngin bütün növlərinin müalicəsi üçün dərman yaradıldı


Rusiyanın Elmi-Tədqiqat İnstitutunun professoru Andrey Simbirçev bəyan edib ki, rusiyalı alimlər xərçəng xəstəliyi ilə hətta ən sonuncu mərhələdə mübarizə aparacaq preparatın sınaqlarını yekunlaşdırırlar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o bu barədə "İzvestiya” qəzetinə müsahibəsində deyib.

Dərman "İstilik şokunun zülalı” adını alıb.

"Bu molekul müxtəlif stress təsirlərə cavab olaraq insan orqanizminin hüceyrələri tərəfindən sintez olunur”, - Simbirçev izah edib. Professor qeyd edib ki, kliniki sınaqlar adətən 2-3 il aparılır:

"Çox təəssüf ki, bundan tez olmayacaq. Xəstələr yeni dərmanı 3-4 ildən sonra alacaqlar”.

Alimin sözlərinə görə, artıq siçanlar üzərində dərmanın sınaqları keçirilib. Bir kurs müalicədən sonra gəmiricilər tam sağalıblar. Yeni preparatın əlavə təsirləri yoxdur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Xərçəng, müalicə, dərman
Bölmə: Sağlam ol Oxunub: 894 Tarix: 4-03-2017, 01:12
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az