Пятница
дек 04

Bu xəstəliyi olanlar koronavirusdan GEC SAĞALIR

COVID-19 xərçəng xəstələrində ən azı 2 ay qalır.
BiG.AZ publika.az-a istinadla xəbər verir ki, ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.
Bildirilib ki, belə xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.
Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

Комментарии (0)

Оставить комментарий