Понедельник
янв 06

Kirpiklərimiz niyə tökülür?

Kirpiklərimiz niyə tökülür?


Göz qapaqlarının dərisi üzlə oxşar olsa da, daha incədir və tez yaralana bilir. Qapaqlar tez sağalmağa meyillidir. Bu müsbət cəhət onların qoruyucu vəzifəsini artırır. Kirpiklər gözəllik rəmzi olsa da, onların fərqli vəzifələri var. Ana bətnindəki dölün kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır.

Bu sözləri oftalmoloq Leyla Qəhrəmanova deyib.

Bildirilib ki, mexaniki epilyasiyadan sonra kirpiklərin uzanmasına ayrılan vaxt 7-8 həftədir: "Bəli, iki ay vaxt lazımdır ki, tökülən kirpiklər bərpa olunsun. Saçlarda olduğu kimi, kirpiklərin də uzanması üç fazadan ibarətdir. Bəzi alimlər isə bu uzanmanın daha gec olmasını qeyd edir. Üst göz qapağında 90-150-ə qədər kirpik olur. Alt qapaqda isə bu say 70-80-ə çatır. Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər.

Göz qapaqlarında kirpiklərin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi kirpiklərin kökünü, qapaqların kənarını, həmçinin buynuz qişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz qişanın səthində tam bərabər yayılmasına kömək edir. Biz yaşa dolduqca kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur.

Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir. Bunun nəticəsi olaraq, yaş vəzilərin gözü təkbaşına quruluqdan qoruması çətinləşir. Kirpiksiz göz qapaqlarının necə qəribə göründüyünün və qalınlaşmasının yəqin ki, şahidi olmusunuz. Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərin qorunması qədər mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin işarət də ola bilər. Bu siyahı dəri xəstəliklərindən tutmuş sifilisə qədər uzanır.

Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Buna səbəb keyfiyyətsiz kosmetika və ətraf mühit də səbəb ola bilər. Biz dişlərimizi gündə iki dəfə fırçalamalıyıqsa, göz qapaqlarımızın gigiyenasına da bir o qədər fikir verməliyik. Külli miqdarda şampun və dərman vasitələri alıcıların istifadəsinə təqdim edilir. Əslində, göz qapaqlarının və kirpiklərin öz şampunu olmalıdır. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi, uzanması, rənginin dəyişməsi halları baş verdikdə həkimə müraciət etmək mütləqdir”

azxeber

Комментарии (0)

Оставить комментарий