Четверг
янв 02

Makaron arıqlamağa kömək edir

Makaron arıqlamağa kömək edir


Makaron məmulatlarla qidalanma çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir.

BiG.AZ xəbər verir ki, kanadalı alimlərin tədqiqatlarına istinadən yazılan məqalə “EurekaAlert” nəşrində dərc olunub.

Alimlər makaronla qidalanan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab makaron yeyib.

Maraqlıdır ki, üç ay davam edən təcrübədən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.

Həkimlərin sözlərinə əsasən, makaron balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu, sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.

Комментарии (0)

Оставить комментарий