^
U



----------
13:39

Turbo.az saytının rəhbəri Roman Volkov Milli.Az-la əlaqə saxlayaraq bildirib ki, turbo.az-da hər bir elanın yerləşdirilməsi pulsuzdur:

"Son 10 il ərzində və gələcəkdə ödənişli elanların yerləşməsi nəzərdə tutulmur. Eyni zamanda, saytımızda müəyyən ödənişli xidmətlər var, hansı ki hər müştəriyə maşın alıb-satmaqda dəstək ola bilər. 3 AZN, 10 AZN ödəyərək və ya digər ödənişli xidmətlərdən istifadə edərək hər bir istifadəçi öz elanının irəlidə görulməsinə imkan yaradır.

Ödənişli elanların yerləşdirilməsi haqqında yayılan məlumatlar əsassızdır".

----------
11:56

Azərbaycanda ən populyar avtomobil alqı-satqısı portalı olan turbo.az saytında istifadəçiləri narazı salan dəyişiklik edilib.

May.Az avtosfer.az-a istinadən bildirir ki, sayt rəhbərliyi dəyişib. Daha doğrusu, saytı başqasına satıblar. Bu səbəbdən də artıq saytda bəzi xidmətlər pulludur. Oxucuların sözügedən sayta verdiyi məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur.

Belə ki, maşın bir ay ərzində satılmırsa, elanı saytdan silirlər. Elan təkrar yükləndikdə isə 10 manat tələb olunur. Avtomobil alqı-satqısı ilə məşğul olanlar bu dəyişiklikdən narazılıq edirlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Muxtelif Oxunub: 1 648 Tarix: 11-09-2016, 01:51
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az