^
U

SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 150-dən çox neftçi təxliyyə ediləcək


Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bu barədə “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda 150-dən çox əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: “Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib”.

Həmçinin bildirilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Muxtelif Oxunub: 625 Tarix: 2-11-2019, 13:12
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az