^
U

AzTV və İTV-yə ayrılacaq vəsait açıqlandı


Gələn il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən televiziyalara ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 33 milyon, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə 601 min 920 manat, “İctimai Televiziya və Radio Yayımları Şirkətinə 12 milyon 32 min 421 manat vəsait ayrılacaq.

Bundan başqa, “Azərbaycan” nəşriyyatına 1 milyon 934 min 922 manat, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Muxtelif Oxunub: 663 Tarix: 24-10-2019, 13:39
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az