Воскресенье
июл 24

Hara Gedirsən.?

Hara Gedirsən.?


Bilmirəm mən səndən nə istəyirəm,
Səndən suyum gəmir, çörəyim gəlmir.
Mən səni ürəyimə niyə salmışam?
İndi çıxarmağa ürəyim gəlmir.

Bilmirəm kimlərin, nəyin xətrinə,
Mən sənin xətrinə dəyə bilmirəm.
Bəzən bilə bilə bildiklərimi,
Bilmirəm nə üçün deyə bilmirəm.

Deyirlər sevginin gözləri kordur,
Sən bir əlindən tut,mən bir əlindən.
Gəl onu qoymayaq biz yari yolda
Yolun sonunadək taa əvvəlindən.

Ey dəli xəyalım qulaq as mənə,
Özündə deyilsən, nə olub sənə?
Girmisən yuxunun qoluna yenə
Nazlana-nazlana hara gedirsən?

Gah qanad açırsan, göydə süzürsən,
Gay göydən dənizə düşüb üzürsən.
Sən nə axtarırsan? Kimi gəzirsən?
Boylana-boylana hara gedirsən?

Ona gül dərmək üçün bağa baxırsan
Çıxırsan uca bir dağa baxırsan.
Sola boylanırsan, sağa baxırsan,
Xoflana-xoflana hara gedirsən?

Yar edir yarı ile evdə qonaqlıq,
Deyilir bir birin şəninə sağlıq.
Səni çağırmıyıblar, edib uşaqlıq,
Tullana-tullana hara gedirsən?

Комментарии (0)

Оставить комментарий