^
U

Podaqra: oynaqlarda yaranan ƏZAB

Podaqra artritin yayılmış növlərindən biridir, orta yaşlı adamlarda, kişilərdə daha çox rast gəlinir.

Səbəbləri:
Podaqranın yaranma səbəbi purinlə zəngin olan maddələr orqanizmdə istehsal olunan sidik turşusunun artıq miqdarda olması nəticəsində baş verir. Normada sidik turşusu böyrəklər və sidik vasitəsilə xaric olur. Podaqralı xəstələrdə sidik turşusu çox yaranır və ya böyrəklər vasitəsilə çətin xarıc olur ki, nəticədə orqanizmdə toplanır. Sidik turşusu orqanizmdə artıq olduqda oynaqlarda xırda kristallar şəklində toplanır, bu da iltihab və ağrıya səbəb olur. Sidik turşunun müqdarının artması müəyyən dərman preparatlarının qəbulundan sonra da baş verə bilər.

Simptomları:
Oynaqlarda kəskin ağrı, şişkinlik, qızartı olur. Bu ağrı bir neçə gün və ya həftə davam edə bilər. Podaqra tutması ən çox gecələr baş verir. Daha çox ayağın baş barmağı zədələnir, diz oynağı, bilək və əl barmaqları da zədələnır.
Fəsadları:
Bu fəsad oynaqlarada hərəkət məhdudluğuna səbəb ola bilər. Bəzən dəri altında ağ düyüncüklər - tofuslar ola bilər.
Siz nə edə bilərsiniz:
Həkimə müraciət etmək lazımdır. Düzgün müalicə tutmanı 1-2 günə aradan qaldırır. Pəhrizə əməl etmək lazımdır. Siz ət məhsullarından ( qara ciyər, ürək, böyrəklər), yağlı balıq, qızarmış balıq, konservləşdirilmiş istiotu, qırmızı ət məhsulları, ət, göbələk bulyonlardan imtina etmək lazımdır. Spirtli içkilərdən istifadə etməyin. Tutma zamanı oynağa sakitlik verin, dar ayaqqabi geyinməyin.
Həkim nə edə bilər:
Həkim diaqnoz qoyur və müvafiq müalicə təyin edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Muxtelif Oxunub: 1 387 Tarix: 2-07-2016, 01:20
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az